29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Söhbət yığma komandadan gedirsə, klublar çətinliklərə dözməlidilər”

Gələn ay paytaxtımızda təşkil ediləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatı “Xəzər Lənkəran”ın planlarını poza bilər. Futbolxeber.az saytının məlumatına görə, gənclərin ümidinə qalan cənub təmsilçisinin 3 üzvü hazırda həm də U-17-yə dəvət alır. Bunlar İbrahim Qədirzadə, Yusif Həsənov və Xaqani Sadıqovdu. Həmin futbolçular milliyə dəvət alsalar, “Xəzər Lənkəran” mayda onların xidmətindən yararlana bilməyəcək.

“Ağ-yaşıllar”ın baş məşqçisi bildirib ki, milli naminə bu çətinliyə dözmək lazımdı: “Çox çətin olacaq. Desəm ki, onları əvəz edəcək oyunçular var, yalan olar. Hər futbolçunun öz xüsusiyyəti var. Onların sərgilədiyi oyunu başqası göstərə bilməyəcək. Həm də tempi tutmuşdular, yaxşı çıxış edirdilər. Amma çalışacağıq ört-basdır edək. Söhbət yığma komandadan gedirsə, klublar çətinliklərə dözməlidilər. Ümid edirəm ki, millimiz Avropa çempionatında uğurlu çıxışı ilə bizi sevindirəcək”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31