19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Rəvan”la matçın hazırlığına start verib

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXX turunun “Rəvan”la oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, ötən turun “Sumqayıt”la aprelin 9-da səfərdə keçirilən qarşılaşmasının ertəsi gün məşq edib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib. Dünən komanda üzvləri məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışma ilə davam edib. “Qəbələ”nin məşqində zədəli Dodo istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri növbəti məşqini bu gün, günün ikinci yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” - “Rəvan” oyunu aprelin 15-də keçiriləcək. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30