23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Hakimlər bizə qarşı bu qədər hörmətsizlik etməməlidirlər”

“Oyuna qələbə üçün çıxmışdıq. Lakin hakimin qərarı qalib gəlməyimizə imkan vermədi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis “Sumqayıt”la oyunu idarə edən hakimlər briqadasından narazılığını açıq şəkildə ifadə edib: “Karyeram ərzində heç vaxt belə hakimlik görməmişdim. Bu, ilk belə hal deyil. 1 və ya 2 oyunda hakimlər səhv etsəydi, bunu anlayardım. Amma referilərin “Qəbələ”yə qarşı qərəzli səhvləri artıq sistem halını alıb. Mütləq etirazımı bildirməliyəm. Futbolçularım düşünməsinlər ki, bu məqam məni narahat etmir. Patardəyişmə otağında futbolçularım çox üzgün görünürlər. Aleksey Qay parlaq karyeraya malik oyunçudu. Amma hazırda oturub və baş verənləri dərk etmir. Mən demirəm ki, bizim uğursuzluğumuzun bütün günahı hakimlərdədi. Xeyr, əsas günahkar mənəm. Lakin hakimlər bizə qarşı bu qədər hörmətsizlik etməməlidirlər”.

Qriqorçuk bəzi mətbuat nümayəndələrinə də etiraz edib: “Hazırda bu otaqda ötən mətbuat konfransında olan insanlar` var. Onlar da şahiddilər ki, keçən dəfə mən Azərbaycan xalqına başsağlığı verdikdən sonra jurnalistlərdən biri “daha futboldan danışmayaq” dedi və mən də bundan sonra zalı tərk etdim. Amma bəzi saytlar yazırlar ki, guya, mən bunu bəhanə kimi dilə gətirmişəm. Yazılanları oxuyanda adam dəli olur. Axı necə belə şeylər yazmaq olar?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30