23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Fənərbaxça”dan Azərbaycana dəstək

“Fənərbaxça” klubu Azərbaycana dəstəyini ifadə edib. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, İstanbul klubunun rəsmi Facebook səhifəsində deyilir: “Fənərbaxça ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.

Qeyd edək ki, ölkəmizə bu dəstək “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsində verilib.

Barak Obama administrasiyasın internet resursunda Azərbaycan tərəfi petisiya ilə müraciət açıb.

Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30