20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Françesko Toldo: “İtaliya adını eşidəndə çoxlarında qorxu əmələ gəlir”

“Avropa çempionatının səviyyəsi çox artıb. Çünki son zamanlar əksər komandalar gücləniblər. Avropa çempionatının final mərhələsi üçün bütün komandalar yaxşı hazırlıq keçirlər. Hər bir komanda Bakıda uğur qazanmaq istəyir”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo deyib.

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Tədbirdə iştirak edən Toldo Avropa çempionatının yüksək səviyyədə qəbul etməyə hazırlaşan Azərbaycana təşəkkür edib.

Veteran qolkiper İtaliya millisindən də söz açıb: “Portuqaliya və Almaniya milliləri güclüdü. Amma mən İtaliyaya olan inamımı itirmirəm. Komandanın çox güclü məşqçisi var. “Skuadra Adzurra” Bakıya ən güclü heyətlə gələcək”.

Toldo Azərbaycan futbolundan da danışıb: “Azərbaycan futbolu inkişaf etməkdədi. Amma Azərbaycan çempionatı Avropada təəssüf ki, yayımlanmır. Azərbaycanda idmana böyük sərmayə yatırılır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30