25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Təbriz Həsənov: “Qrupdan çıxmaq olar”

“Bu qrupdan çıxmaq olar. Bəzi güclü komandalardan uzaq olduq. Lakin qrupda yer alan komandalar da zəif deyillər”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.

Avropa çempionatının püşkünü dəyərləndirən Həsənov qrup favoriti kimi Portuqaliyanın adını çəkib: “Belçika və Şotlandiya milliləri zəif deyil. Bu komandalara qalib gəlmək olar. Lakin qrupun favoriti və ən güclüsü Portuqaliya millisidi”.

Yığmamızın baş məşqçisi qitə birinciliyinə qədər heyəti gücləndirəcəklərini qeyd edib: “Turnirə qədər heyətə yeni futbolçular cəlb olunacaq. Lakin indidən onların adlarını açıqlamaq istəməzdim”.

Təbriz Həsənov Avropa çempionatının startına kimi yoxlama oyunu keçirmək istədiklərini vurğulayıb: “Hələ ki, hansısa rəqiblə razılıq əldə olunmayıb. Amma bəzi çempionat iştirakçıları ölkəmizə 10 gün əvvəldən gələcəklər. Həmin komandalardan biri ilə yoxlama oyunu keçirmək yaxşı olardı. Çox istərdim ki, rəqiblərimizin oyun sisteminə uyğun olan komanda ilə qarşılaşaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30