18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycan millisindən biabırçı göstərici: 22 pillə geri və ya 209 komanda arasında 134-cü yer

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az saytının məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan yığması sıralamada 22 pillə geriləyib. Hazırda aktivində 269 reytinq balı olan millimiz 134-cü pillədə qərarlaşıb.

209 komandanın yer aldığı dünya reytinqinə yenidən Argentina başçılıq edir. Belçika millisi ikinci pilləyə endiyi halda, Çili üçüncü sıraya yüksəlib. “İlk 10-luq”da həmçinin Kolumbiya, Almaniya, İspaniya, Braziliya. Portuqaliya, Uruqvay və İngiltərə milliləri qərarlaşıb. 7 pillə irəliləyən Türkiyə yığması 13-cü, 2 pillə geriləyən İtaliya isə 15-cidi.

Yalnız Arabu reytinqdə Azərbaycan yığmasından daha çox geriləyib. Belə ki, ötən ayla müqayisədə bu komanda 24 pillə aşağı enib. Ayın ən çox irəli gedən millisi isə Qvineya-Bissaudu. Bu ölkə ötən ayla müqayisədə 45 pillə irəliləməklə 102-ci yerə çıxıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30