25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Svanadze: “Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”

“İnter” in baş məşqçisi Zaur Svanadze klub saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- “İnter” artıq iki turdur ki, turnir cədvəlində daha da irəliləmək şansını qaçırır.

- Öncə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin həlak olmalarından böyük üzüntü duyduğumu bildirir və həlak olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi daha da gücləndirmək şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə dəvət edilməsilə bağlı Bakıya vaxtında qayıda bilməməsi “Neftçi” komandası ilə keçirilən oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. “Neftçi” ilə oyunda Nika Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxarırdı. Bundan əlavə,  əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin “Rəvan” komandası ilə oyunda zədələnməsi onsuz da zədədən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya öz təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok oyunlarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır. Bununla belə, komandanın mübarizliyi və heyətdəki problemlərə baxmayaraq nümayiş etdirdiyi əzmkarlıq rəğbət doğurmaya bilməz. Futbolçular peşəkarlıq göstərərək azarkeşləri sevindirməyə çalışırlar və bu fakt da məni bir məşqçi kimi sevindirir.

- Bu tur “İnter” AZAL ilə qarşılaşır. Oyunda haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- AZAL son turlarda yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədir və AZAL qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, “İnter” ilə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.

- Bəs Rauf Əliyev? Onu növbəti qarşılaşmada görə biləcəyik?

- Sevindiri haldır ki, Rauf Əliyev artıq komandayla məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik onun xidmətindən yararlanmaq bir qədər tezdir. Bununla belə, yaxın turlarda Rauf Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.

- UEFA-nın məlum qərarı komandanın motivasiyasına necə təsir göstərir?

- “İnter”PİK köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, UEFA-nın bu qərarı futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçular var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdı. Futbolçular bilirlər ki, bu il UEFA-ya vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq “İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq. Avrokubok yarışlarına vəsiqə qazanmağımız çətin mövsümü arxada qoymağımız baxımdan “İnter” üçün böyük pozitiv olardı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30