24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Əmr gəldiyi zaman hər birimiz Vətən üçün döyüşməyə hazırıq”

Aprelin 2-dən etibarən cəbhə bölgəsində erməni təcavüzkarlar tərəfindən Azərbaycan tərəfinə edilmiş hərbi müdaxiləyə Azərbaycan ordusu tərəfindən əks-həmləylə cavab verilir. Futbolxeber.az saytının məlumatına görə, 2 gün gedən döyüşlər zamanı Azərbaycan ordusu 200-dən çox düşməni məhv edib, bir sıra hərbi texnikasını sıradan çıxarıb. Gedən döyüşlər zamanı 15 Azərbaycan hərbçisi şəhid olub. “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun baş verən hadisələrə münasibət bildirib. Ağdam klubunun rəsmi saytına danışan təcrübəli mütəxəssis bunları deyib: “Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin  şəhid olması üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər bir şəhidimiz bizim üçün əzizdi. Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir.Bu gün biz burda cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin prezidenti, ali  baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O, əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30