19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan” 133 günlük həsrətə son qoydu

“Rəvan” klubu Azərbaycan Premyer Liqasındakı uğursuz seriyalarını qırıb. Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu 7 oyundan ibarət məğlubiyyət və 14 turluq qələbəsizliyə “Neftçi” ilə görüşdə son qoyub. “Sarı-qırmızılar” XXVIII turun ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Son 7 görüşdə uduzan Bəhmən Həsənovun yetirmələri son xalını da “Neftçi”dən almışdı. 58 gün əvvəl səfərdə oynayan autsayder 1:1 hesablı heç-heçəylə kifayətlənmişdi. Bu il fevralın 5-dəki XX turun oyunundan sonra “Rəvan” 7 dəfə uduzmuşdu. Bakılıların son qələbəsi isə XIII tura təsadüf edib. Ötən il noyabrın 11-də “Zirə” üzərində 1:0 hesablı qələbə qazanan “sarı-qırmızılar” 133 gündən sonra da eyni hesabla sevinib.

Xatırladaq ki, bu nəticələr klubun antirekordu deyil. “Rəvan” cari mövsümün gedişində ardıcıl 8 məğlubiyyət də yaşayıb. Bakılıların qələbəsizlik antirekordu isə 2013/14 mövsümündəki 18 matçda rəsmiləşib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30