23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nazir: “DÇ-2026-nı Azərbaycanda keçirmək haqda düşünmürük”

Gənclər və idman naziri Azad Rəhimov 2026-cı il dünya çempionatına Azərbaycan və Türkiyənin namizədliyini irəli sürmək istəyinə dair yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az saytının məlumatına görə, jurnalistlərə açıqlamasında o bildirib ki, bu məsələ gündəmdə deyil.

Bununla belə, nazir müzakirələrin yerli assosiasiyalar tərəfindən aparılması ehtimalını istisna etməyib: "2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz sifariş verməmişik. Biz onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür".

Qeyd edək ki, mediada FİFA prezidenti Canni İnfantinoya istinadla DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istədiyi haqda xəbərlər yayılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30