20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Əzizov: “Bu variantı yaxına belə buraxa bilmərəm”

“Qəbələ”mim baş meneceri Zaur Əzizovun müsahibəsi

- İlk olaraq, AZAL-dan alınan məğlubiyyət barədə fikirlərinizi bilmək istəyərdik...

- Oyuna nəzarət edən tərəf biz idik. Çoxsaylı qol epizodları yaratdıq, ancaq bunlardan yalnız birindən istifadə edə bildik. Rəqibin oyun üslubu belədi. Onlar əks-hücumlarda olduqca təhlükəlidilər. Əldə etdikləri fürsətlər yararlanmağı bacardılar.

- Aleksey Antonovun aldığı məvacib az qala AZAL-ın illik büdcəsinə bərabərdi. Bu komandanı məğlub etməyəndən sonra “Qəbələ” nəyə ümid edə bilər?

- Əvvəla, onu qeyd edim ki, AZAL-ın dəqiq büdcəsini bilmirəm. Ancaq Antonovun məvacibinin bu komandanın illik büdcəsinə bərabər olduğuna inanmıram. Digər tərəfdən, bu cür yanaşmayla “Lester”in İngiltərə Premyer Liqasındakı liderliyinə necə münasibət bəsləyək? Biz rəqibləri büdcələrinə görə ayırmırıq. Hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq. Əsas məsələ problemləri tapmaq və aradan qaldırmaqdı.

- Razıyam. Ancaq məsələ burasındadı ki, mövsüm sona yaxınlaşır, hələ də problemləri mənbəyi tapılmır. Komanda isə artıq 5-ci pilləyə yuvarlanıb...

- Əlbəttə, bu hər birimizi narahat edən məsələdi. Komandamız uğursuz çıxış edirsə, hamımız günahkarıq. Ancaq inanıram ki, ən yaxın zamanda “Qəbələ” turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq və mövsümün sonunda medalçılar sırasına düşəcək.

- Bəlkə problem üzdədi? “İnter” və “Zirə”nin avrokuboklardan kənar qalması faktiki olaraq, “Qəbələ”nin qitəmiqyaslı turnirlərdə iştirakını təmin edib.

- Biz medallar uğrunda mübarizəni sonadək davam etdirəcəyik.

- Bəlkə totalizator futbolçularınızın maraq dairəsinə düşüb? Necə də olmasa, ilk yarıda AZAL-ın qapısı qarşısında çoxsaylı qol imkanları yaradan və bunlardan birindən istəfadə edən komandanız, fasilədən sonra fərqli futbol sərgilədi. İlk yarıda məğlub olub, fasilədən sonra isə AZAL-ın qalib gələcəyinə əmsalın astronomik olması da hər kəsə bəllidi...

- Bu variantı yaxına belə buraxa bilmərəm. Hesab etmirəm ki, fasilədən sonrakı 45 dəqiqədə ilk yarıdakından qat-qat pis oynadıq. Onu da qeyd edim ki, 2-ci hissədə də qol vurduq və hansı səbəbdən qeydə alınmadığını hələ də başa düşə bilməmişik. Sadəcə, AZAL bizi əks-hücumda yaxaladı və istədiyi nəticəni əldə etdi (futbolinfo.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30