24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qarabağ” 1000-i Muarem Muaremlə keçdi

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub. Futbolxeber.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXVII turunun “Rəvan”la ev oyununa təsadüf edib. Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.

Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurmuşdu. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub.

İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N

Oyunçu

Rəqib

Yer

Dəq.

Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabitabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

-

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014

1000

Muarem Muarem

Rəvan (Bakı)

e

53

2015/16

30.03.2016

Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30