16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin üzvü vəfat etdi

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib. AFFA-nın rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Mirkamil Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Mirkamil Rəhimov1956-cı il iyunun 18-də Bakı şəhərində anadan olub. 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup Komsomol katibi vəzifəsini yerinə yetirib.

1977-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il yarım hərbi xidmət keçib.

Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 №-li avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz işinə qayıdıb.

1979-cu ildən “Spartak” KİC RŞ-də təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb.

1987-ci ildə Həmkarlar İttifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı, sonra da sədr müavini vəzifəsinə təyin olunub.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

1992-ci ildə AHİŞ İdman Sarayının direktoru təyin edilib.

1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində idarə rəisinin müavini və sonradan idarə rəisi vəzifəsində çalışıb.

1994-cü ildən hal-hazırki vaxta kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman İdarəsi (sonradan şöbəsi) rəisi  vəzifəsində çalışır.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidentidir.

“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30