29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-nın qoruya bilmədiyi futbolçumuz Almaniya millisində!

Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının sabiq üzvü Renat Dadaşov Almaniyanın U-17 yığmasındakı çıxışı ilə diqqətləri üzərinə çəkib. Futbolxeber.az saytının məlumatına görə, Dadaşov Bundestimin heyətində keçirdiyi 7 oyunda 8 qol vurmağı bacarıb.

"Leyptsiq"in futbolçusu son qolunu martın 24-də Avropa çempionatının Elit raundunda Slovakiya ilə keçirilən görüşdə vurub. Həmin matçda almanlar 5:1 hesabı ilə qalib gəlib.

Almaniya mətbuatında da azərbaycanlı futbolçunun millimizdən imtina edərək Bundestimdə oynaması ilə bağlı təhlilə yer verilib. Renat 2013-2014-cü illərdə Azərbaycanın U-16 yığmasında çıxış edib və qol da vurub. Həmin müddətdə onun böyük qardaşı Rüfət Dadaşov Azərbaycan millisinin əsas komandasında oynayıb və 4 qola imza atıb.

Berti Foqtsun dönəmində yığmaya çağırılan Rüfət Dadaşov almaniyalı mütəxəssisin gedişindən sonra millimizə dəvət edilməyib. Onun qardaşı Renat Dadaşov isə Almaniyanın U-17 yığmasından dəvət alıb. Bundan sonra o, Azərbaycan millisində oynamaqdan imtina edərək Almaniya yığmasının təklifini qəbul edib.

Çox təəssüf ki, AFFA zamanında belə gənc istedadlı futbolçunu qoruyub saxlaya bilməyib.

Renatın valideynləri hələ o anadan olmamışdan öncə Bakıdan Almaniyaya köçüb. R.Dadaşov Rudeshaym şəhərində doğulub və ilk olaraq "Ayntraxt"ın (Frankfurt) gənclərdən ibarət komandasında oynayıb. Onun bir neçə qohumu Azərbaycanda yaşayır. Onlar Renatı bu ilin may ayında Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsində Almaniya millisinin heyətində görə biləcəklər.

Almaniya mətbuatına danışan R.Dadaşov bunları deyib: "Babam və nənəm artıq Almaniya millisinin şərfini alıb. Onlar mənim necə futbol oynadığımı görmək istəyirlər. Azərbaycanda keçiriləcək Avropa çempionatında oynamaq mənim ən böyük arzumdur. İdman mənim genimdə var. Anam voleybol, atam isə su polosu ilə məşğul olub. Valideynlərim mənim üçün önəmlidir. Hər həftəsonu onlar 400 km qət edərək mənim oyunumu izləməyə gəlirlər.

Kumirim Kriştiano Ronaldodur. Ancaq ona çatmağıma hələ çox addım var. Hələ ki, əsas məqsədim mayda Bakıda keçiriləcək Avropa çempionatında oynamaq və Almaniya millisi ilə titul qazanmaqdır" (Haqqın.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31