25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şok açıqlama: “Onu elə bir adam xahiş edir ki, Prosineçki də keçə bilmir”

"Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev yenə şok açıqlaması ilə diqqət mərkəzinə düşüb. Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın Məşqçilər Komitəsinin üzvü olan 58 yaşlı mütəxəssis "Xəzər TV”də yayımlanan "Futbol saatı” proqramının qonağı olub.

Verilişin əsas müzakirə mövzusu Azərbaycan milli komandasının ötən şənbə Qazaxıstan yığmasına Antalyada 0:1 hesabı ilə uduzduğu yoldaşlıq görüşü olub. Hacıyev qış fasiəsindən sonra "Qəbələ”yə keçsə də, hələ də debüt etməyən Pavel Paşayevi hədəfə alıb. O, millidə də turist rolunda olan müdafiəçini baş məşqçi Robert Prosineçkinin çağırmasına belə reaksiya göstərib: "Paşayevi yığmaya çağırıblarsa, görünür, hansısa səbəbi var. Bir az dərindən araşdırın. Ola bilər ki, səbəbini tapasınız. Bu gün Pavel klubunda oynamadığı halda, milliyə çağırılırsa, ola bilər ki, dayısı çox güclüdür. Bunun da üzü ətdəndir də, "podoş"dan deyil ki... Ola bilər, elə bir adam xahiş edir ki, keçə bilmir. Açıq söhbət! Daha nə eşitmək istəyirsiniz?”

Qeyd edək ki, Pavel Paşayev millidə debütünü ötən ilin noyabrında Azərbaycanın Bakıda Moldova yığmasına 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə start heyətində meydana çıxmaqla edib. Ancaq Prosineçki Paşayevi Qazaxıstanla oyunda ehtiyatda saxlayıb (sportnet.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30