18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Onların hiyləgərliyini gözləmirdik”

“Rəqib oyuna çox yaxşı başladı. Standart vəziyyət zamanı onların hiyləgərliyini gözləmirdik. Nəticədə təəssüfverici qol buraxdıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov deyib.

Dünən Antalyada Qazaxıstan millisi ilə yoldaşlıq görüşü keçirən yığmamız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qarşılaşma ilə bağlı fikirlərini bildirən mərkəz müdafiəçisi məğlubiyyəti bu səbəblə izah edib: “Pis çıxış etmədik. Sadəcə, hücumları məntiqi sonluqla tamamlaya bilmədik. Açığı, düşünmürdük ki, rəqib ilk dəqiqələrdən hücuma atılar. İlk dəfə deyil ki, bu qədər qol epizodları əldə edir, onları boşa veririk. Hər halda, düşünürəm ki, oyunun taleyini bir künc zərbəsi həll etdi”.

Yığmamızın kapitanı Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısını məhz Hüseynovun qoluna taxıb. O isə bunu gözləmədiyini söyləyib: “Rəşad əvəzləndikdən sonra kapitanlıq sarğısının mənə verilməsi gözlənilməz oldu. Çünki matçdan əvvəl bu barədə danışmamışdıq və heç kim bunu mənə təklif etməmişdi. Düşündüm ki, ikinci hissədə kapitanlıq Kamran Ağayevə keçəcək. Çünki o, uzun illərdi millinin şərəfini qoruyur. Amma baş məşqçi sarğının mənə verilməsini qərara alıb. Fikrimcə, heç bir narahatlıq olmadı. Üstəlik, məsuliyyətim daha da artdı. Əgər Prosineçki kapitanlıq sarğısını mənə verdisə, deməli, gələcəkdə də mənə inanacaq”.

Mənbə: newsport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30