25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Pisarev Azərbaycanla oyundan danışdı: “Hadisələrin bu cür gedişatına hazır deyildik”

“Oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqibin müdafiədən oynayacağını bilirdik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Pisarev deyib.

O, Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla 2:2 bərabərə qaldıqları görüşü belə şərh edib: “2 dəfə rəqibin qapısına yol tapa bildik. Təəssüf ki, standart vəziyyətdən də rəqib 2 dəfə bizi məyus etdi. Hadisələrin bu cür gedişatına hazır deyildik və bu səbəbdən də problemlər yaşadıq”.

Pisarev rəqibin hesabı açmasının planlarını pozduğunu vurğulayıb: “Fasilədə futbolçulara dedim ki, oyunumuz alınır. Cinahlarda və hücumda fəallığı artırmalıyıq. Təzyiqi bir qədər artırmaqla hesabı açacağımızı düşünürdük. Lakin rəqib qapımız qarşısında yaratdığı ilk epizoddan yararlandı. Həmin qol planlarımızı pozdu. Futbolda belə hallar olur. Artıq bu oyunu unutmalıyıq. Qarşıda bizi Almaniya ilə vacib matç gözləyir. Hazırda əsas məsələ bərpa olunmaqdı”.

Pisarev heyətlə bağlı sualı da cavablandırıb: “Əsas heyətdə oynaya biləcək 4 futbolçumuz bu gün meydanda deyildi. Lakin onların oynamamalarının əsas səbəbini tibbi personal bilməlidi. Oyun günü 4 futbolçunun hərarəti yüksəlmişdi. Görünür, hansısa virusa yoluxublar. Amma Rusiya millisi heç vaxt ayrı-ayrı futbolçulardan asılı olmamalıdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30