29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanla matçda heç kim meydana nömrə daşımaq xatirənə çıxmayacaq”

“Komandada qarşıdakı oyunlara köklənmə normaldı. Ölkə çempionatının II turundan sonra bir araya gəlmişik. Yığmanın düşərgəsində sağlam ab-hava var və hamı səylə çalışır”. Futbolxeber.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin kapitanı Samat Smakov deyib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan və Gürcüstanla oyunöncəsi fikirlərini açıqlayıb. Smakov yerli federasiyanın saytına bildirib ki, hər 2 yoxlama matçı onlar üçün böyük əhəmiyyət daşıyır: “Bu qarşılaşmaların hər ikisi bizim üçün vacibdi. Fikrimcə, komandamızda heç kim meydana nömrə daşımaq xatirənə çıxmayacaq. Bütün futbolçular bu matçlarda özünü göstərmək arzusundadı. Xüsusilə də yeni məşqçilər korpusu olduğundan bu vacibdi. Çalışdırıcılar da deyiblər ki, ciddi yenilik etmək fikrində deyillər. Azərbaycan və Gürcüstanla oyuna zədəlilər istisna olmaqla, ölkənin ən güclüləri çağırılıb. Yalnız Tanat Nusebayev sıralarımızda deyil”.

Yığmasının 38 yaşlı kapitanı Azərbaycana qarşı bir neçə dəfə oynadığından komandamızı yaxşı tanıdığını açıqlayıb: “Mən həm milli, həm də klub səviyyəsində azərbaycanlı futbolçulara qarşı dəfələrlə oynamışam. Yadda qalan isə odu ki, bu matçlar çox vaxt heç-heçə yekunlaşıb. Ancaq qələbələr də olub. Azərbaycan yığmasında tanıdığım futbolçular var. Döyüşkən və əzmkar oyun nümayiş etdirən komandadı. Düşünürəm ki, olduqca maraqlı mübarizə gedəcək”.

Qeyd edək ki, Qazaxıstan millisi martın 26-da Azərbaycan, 3 gün sonra Gürcüstanla oynayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31