25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elnur Məmmədov: “Baza “Neftçi"nin 80 illiyinə hazır olacaq”

Bakıxanov qəsəbəsində yerləşən “Neftçi”nin bazasında təmir işləri davam edir. Futbolxeber.az saytının məlumatına görə, bu gün mətbuat nümayəndələri bazada görülən işlərlə yaxından tanış olublar.

“Ağ-qaralar”ın icraçı direktoru bazada görülən işlərlə bağlı jurnalistlər üçün brifinq keçirib. E. Məmmədov qeyd edib ki. bazadakı əsas meydança 3 hissəyə bölünəcək. Həmin meydançalardan birinin üstü qapalı olacaq ki, bu da taktiki hazırlıqlarının kənardan müşahidə olunmaması üçündür: “Meydançaların uzunluğu 105, eni isə 68 metrdi. Burada “Neftçi”nin əsas və aşağı yaş qrupları üzrə komandaları məşq edəcək. Bazada rəsmi oyunlar keçirilməyəcək. Bundan başqa, bazada 2 süni örtüklü meydança da olacaq ki, orada 13 yaşadək futbolçulardan ibarət komandalarımız məşq edəcək. Bütün tikinti işlərini yerli şirkətlər həyata keçirir. Eləcə də inzibati binanın tikintisi davam edir. Hazırda binanın 4 mərtəbədən ibarət olacağı dəqiqləşib. Qarşıdakı günlərdə binanın 4, 5, yoxsa 6 mərtəbədən ibarət olacağı dəqiqləşəcək. Futbolçuların binadan məşq meydançasına yollanmaq üçün giriş-çıxışlarının ayrı olması nəzərdə tutulub”.

Elnur Məmmədov qeyd edib ki, hazırda tikintinin maliyyə tərəfi barədə dəqiq məlumat verə bilməzlər: “Bazada görülən işlər təkcə futbolçular üçün nəzərdə tutulmayıb. Həm də bura gələn valideynlər üçün də şərait yaradılacaq. Bu məqsədlə restoran, şəbəkə mağazaları, istirahət üçün məkanlar da fəaliyyət göstərəcək. Tikinti tam olaraq "Neftçi"nin 80 illiyinə hazır olacaq. Amma işin maddi tərəflərini indi açıqlaya bilmərik. Çünki işlər hissə-hissə aparılır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30