28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı: “Rusiya ilə oyunda mükafat məni narahat etmir”

Azərbaycanın U-21 yığmasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müsahibəsi

- U-21 yığmamızın Rusiya ilə səfər oyunu üçün açıqlanan heyətində gözlənilməz adlara rast gəlmədiniz?

- Heyəti görmüşəm. Amma siyahıda yer alanlardan hansınınsa gözlənilməz olduğunu deməzdim.

- Heyətdə cəmi iki legioner var. Sizcə, ölkə xaricində çıxış edən oyunçulara daha çox güvənməyə ehtiyac varmı?

- Hər şey futbolçuların necə çıxış etməsindən asılıdır. Təbii ki, futbolçunun legioner həyatı yaşaması çox yaxşıdır. Amma futbolçu vətəndə də yaxşı oyun sərgiləyirsə, millidə yer almalıdır.

- Qarşıda Bakıda 3:0 hesabıyla məğlub etdiyiniz Rusiya ilə səfər oyunu var...

- İlk oyunu yaxşı xatırlayıram. Bakıda rəqibdən fərqli, ələ düşən qol şanslarından maksimum yararlandıq. Qarşıdakı oyun bizim üçün çox çətin olacaq. Çünki onlar Bakıdakı matçda qeydə alınan məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

- Sizcə, yığmamız Rusiyaya rəqib meydanında da qalib gələcək gücdədir?

- Hər şey mümkündür. Biz buna nail olacaq gücdəyik.

- Maraqlıdır ki, Rusiyanın heyətində millimizə qarşı həm azərbaycanlı, həm də erməni əsilli futbolçular oynaya bilər...

- Şəxsən biz meydana qələbə üçün çıxacağıq.

- Bakıdakı qələbəyə görə AFFA sizə mükafat vermişdi. Səfərdə də heç-heçə və ya qələbə müqabilində belə mükafat gözlənilir?

- Məni mükafat narahat etmir. Çünki yığma komandada mükafat üçün oynamıram. Amma əlbəttə, mükafatı almağın özü də çox xoşdur (gülür).

- Nəzəri cəhətdən yığmamızın qrupdan çıxması da mümkündür. Siz buna inanırsınız?

- Buna nail olmaq çox çətindir. Rusiya, Farer adaları və Finlandiya ilə oyunlardan maksimum nəticə ilə ayrılmalıyıq.

Mənbə: azerisport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31