19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Natiq Süleymanov: “Çempion komandanın arxasında elmə söykənən güclü tibb heyəti dayanır”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş həkimi Natiq Süleymanov bu günlərdə İspaniyada baş tutan beynəlxalq konqresdə iştirak edib. Bununla bağlı N. Süleymanov Futbolxeber.az saytının suallarını cavablandırıb:

- Əvvəlcə idman təbabəti haqda məlumat verməyinizi istərdik.

- İdman təbabəti tibbin bir çox sahəsini özündə birləşdirən mürəkkəb bir elmdir. Bu sahə durmadan inkişaf edir. Biz də bununla ayaqlaşmalıyıq. Öz üzərimizdə işləyirik. Xaricdə təşkil olunan seminar və konfranslarda iştirak edirik.

- Bu yaxınlarda iştirak etdiyiniz konqres barədə nə deyə bilərsiz?

- Bu, III Beynelxaq idman zədələnmələrinin qarşısının alınması konqresi idi. Konqres ənənəvi xarakter daşıyır. Mursiyada baş tutan konqres sayca üçüncü idi. Ötən il də həmin tədbirə qatılmışdım. Keçən il konqres Madriddə, İspaniya Futbol Federasiyasının binasında baş tutmuşdu.

- Konqresdə iştirakınız necə reallaşır?

- Dediyim kimi, ötən il ilk dəfə həmin konqresə qatıldım. Bu il də təşkilatçılardan dəvət aldım və məmuniyyətlə tədbirə qatıldım. Budəfəki konqres UCAM-da (Universidad Catolica San Antonio de Murcia) keçirilirdi. Bu universitet İspaniyanın ən qədim təhsil ocaqlarındandı. Kristofor Kolumb o vaxt dənizə çıxmaq üçün həmin mərkəz, yəni kilsə tərəfindən maliyyə dəstəyi alıb.

- Budəfəki konqrensdə hansı yeniliklərlə tanış olduz?

- Konqres zamanı həm nəzəri, həm də praktiki məşğələlər keçirildi. Yeni müalicə üsulları haqda ətraflı məlumat verildi. Müasir fizioterapiyadan, əzələ ekoqrafiyasından, reabilitasiyadan, idmançı qidalanmasından, güc platformaları vasitəsilə əzələ zədələrinin profilaktikasından, bir sözlə tibb elmində son nailiyyətlərdən, müasir diaqnostika müalicə və reabilitasiya üsullarından danışıldı. Eləcə də güc platformalarının qarşısına sineantropometriya və GPS Catapult sisteminin istifadəsi və idman zədələrinin qarşısının alınmasında onun rolu kimi məsələlər də xeyli müzakirə edildi.

- Hansı məşhur klubların həkimləri konqresdə iştirak edirdi?

- “Real”, “Barselona”, “Sevilya” klublarının, eləcə də İspaniya millisinin həkimlərini qeyd edə bilərəm. İspaniya Futbol Federasiyasının baş həkimi xanım Helena Herrero Gonzalesin çıxışı hər il olduğu kimi çox maraqlı alındı. “Barselona”nın həkimi Luis Til Peres klubunun FIFA 2018 əzələ zədələrinin müalicə protokolunu çox gözəl şəkildə təqdim etdi.

Beynəlxaq İdman Təbabəti Federasiyasının prezidenti Fabio Piqozzi də tədbirdə fəxri qonaq kimi çıxış etdi. İştirakçıların sayı həddindən artıq çox idi və əksəriyyət tanınmış simalar idi. Təəssüratlarım çox yüksəkdi.

- Konqresdə bir sıra tanınmış həkimlərin iştirak etdiyini qeyd etdiz. Onlardan hansısa biriylə fərdi olaraq fikir mübadiləsi apara bildiz?

- “Real”ın həkimi Luis Serratosa ilə xeyli söhbət etdik. Bir çox məsələlər barədə fikir mübadiləsi apardıq. Eləcə də digər klubların nümayəndələri ilə danışdıq.

- Bu koqresin gələcək fəaliyyətinizə müsbət təsir göstərəcəyini söyləmək olar?

- Təbii ki. Çox böyük faydası olacaq. Fürsətdən istifadə edib mənə verdikləri dəstəyə görə AFFA və “Vətən” RIOEUG futbol məktəbinin rəhbərliyinə təşəkkür edirəm.

- Futbolda komandanın həkiminin rolunu qısa olaraq necə ifadə edə bilərsiz?

- Hər xırda detalın arxasında elm var. Çempion komandanın arxasında isə elmə söykənən güclü tibb heyəti dayanır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30