25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”ın baş məşqçisindən etiraz: “Bu qərarı kim kəşf edib?”

“İnter”lə oyuna ciddi hazırlaşırıq. Heyətimizdə problemlər var. Amma yenə də təslim olmaq fikrində deyilik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub təmsilçisi Azərbaycan Premyer Liqasının XXVI turunda “İnter”i qəbul edəcək. “Ağ-yaşıllar” matça gündə 1 dəfə məşq etməklə hazırlaşırlar.

Orxan Sadıqlı sarı vərəqə limitini doldurduğu üçün “bankirlər”lə oyunu buraxacağı halda, Tural Qürbətovun bu görüşü buraxması başqa amillə bağlı olacaq. Belə ki, 23 yaşlı hücumçunun transfer hüququ “İnter”ə məxsus olduğundan, o, sabiq komandasına qarşı oyunda forma geyinə bilməyəcək.

Bu isə Məmmədovun ürəyincə deyil. 44 yaşlı çalışdırıcı icarəyə verilən futbolçunun doğma komandasına qarşı oynamasına icazə verilməməyini düzgün hesab etmir: “Orxan cəzalıdı, bunu başa düşdük. Amma Turalın oynamayacağının səbəbini başa düşmürəm. Bilmirəm, bu qanunu kim kəşf edib? Belə şey olar? Tural “İnter”in oyunçusu olsa da, hazırda icarə əsasında “Xəzər Lənkəran”a aiddi. İcarəyə verilirsə, bu futbolçu hansı komandaya qarşı oynamasından fərqli olmayaraq, meydana çıxmalıdı. Axı icarəyə verilən futbolçuya da oyun praktikası lazımdı”.

Qeyd edək ki, martın 20-də keçiriləcək “Xəzər Lənkəran” - “İnter” qarşılaşması 13:30-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30