19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyevi sevindirən dəvət

“Kəpəz”in iki futbolçusu Tərlan Quliyev ilə Namiq Ələgərovun əsas milli komandaya çağırılması futbolçuların özü kimi baş məşqçi Şahin Diniyevin də sevincinə səbəb olub. Futbolxeber.az saytının məlumatına görə, Diniyev futbolçularının yığmaya dəvət olunması ilə bağlı kapazpfc.az saytına fikirlərini belə bölüşüb: “Klubumuzdan iki futbolçunun milliyə çağırılması sevindiricidir. Xüsusən də, Namiqin uzun müddətdən sonra yenidən yığmaya qayıtması qeyd olunmalıdı. Bu işdə futbolçu kimi “Kəpəz”in də zəhməti var. Ələsgərovun bərpa olunmasında, formaya düşməsində komandamızın rolu oldu. Futbolçu özü də bunu vurğulayır. Məşqçi kimi mən də onun bu uğuruna şadam. “Kəpəz”in uğurlu çıxışı futbolçularımızın milliyə yolunu açdı, bu, bizim üçün çox xoşdu. Deməli, işimizi uğurlu saymaq olar, əsas Azərbaycan futbolunun inkişafıdır və bu yolda da Gəncə klubu öz töhvəsini verməyə çalışır”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30