29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz”in uğurlu çıxışı yığmaya yolumu açmışdı”

Martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində - martın 26-da - Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, toplanışa dəvət olunmuş futbolçular arasında “Kəpəz”in iki üzvü də var. Müdafiəçi Tərlan Quliyev və yarımmüdafiəçi Namiq Ələsgərov baş məşqçi Robert Prosineçkinin etimadını qazanıb.

kapazpfc.az saytı milliyə çağırılan hər iki oyunçunun fikirlərini öyrənib: 

Tərlan Quliyev: “Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım. Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədir ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda “Kəpəz”in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması, yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadır. Gəncə klubundan tək mən yox, digərləri də yığmaya namizəddir”.

Namiq Ələsgərov: “Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım, qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim. Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31