29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Biz nə böyük, nə də ki, kiçik komandayıq”

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Kəpəz” - “Xəzər Lənkəran” oyunundan (2:0) sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında iştirak edib. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev görüşlə bağlı jurnalistlərə bunları deyib: “Hər bir oyun bizim üçün kubok matçına bənzərdir, çünki oyunlarımız çətin keçir. Biz nə böyük, nə də ki, kiçik komandayıq. Liderlərdən geri qalmamaq üçün bizə bu gün üç xal lazım idi, onu da qazandıq. Əsas olan nəticədir. Amma rəqib bizə çox ciddi problemlər yaratdı. Bunun baş verməməsi üçün tez qol vurmalı idik. İlk yarıda qol epizodlarından istifadə edə bilmədik. Vaxt getdikcə ”Xəzər Lənkəran” oyuna uyğunlaşıb müdafiə xəttində səhvsiz oynadı. Fasilədə uşaqlara pressinq edib tez qol vurmağı tapşırdıq. Təsadüf, yoxsa zərurətdən qol vurduğumuz deyə bilmərəm. Əks-hücumlara belə bağlayıb, rəqibin hücum etməsinə imkan yaratdıq, amma ikinci qolu çox gec vurduq. Rəqibi təbrik edirəm, yaxşı oynadılar. Komandamızın iki əsas müdafiəçisi oyunu buraxırdı, bu səbəbdən müdafiəçilərin yerini dəyişmişdik. Müdafiənin mərkəzində həmişə Şəhriyar Əliyev ilə Tərlan Quliyev birlikdə oynayıb, bu gün sonuncunu cinaha çəkmişdik. Mərkəzdə isə Tural Nərimanov və Azad Kərimov çıxış edirdi. Turalla Azad birlikdə bu mövqedə oynamayıblar, ona görə anlaşma istənilən kimi deyildi. Qol epizodları müdafiənin mərkəzindən yaranırdı” (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31