25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Kanales: "Flavinyo ilə Vobay üçün darıxıram"

"Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesin müsahibəsi

- AZAL-la oyun və vurduğun qolla bağlı fikirlərin necədir?

- Qol vura bildiyim üçün çox xoşbəxtəm. Çünki 7-8 ay idi ki, qol vura bilmirdim və bu durum mənim üçün sıxıcı idi. Məncə, bugünkü oyunda nəticə gözlənilməz oldu. Matçda qol imkanlarınız çox idi. Ancaq yararlana bilmədik. Fikrimcə, nəticə xeyrimizə deyil.
 
- AZAL-ın ev oyunlarında meydançanın süni örtüyü hər zaman rəqiblər üçün mənfi amil olur. Səncə, qazon rəqib üçün üstünlük oldumu?

- Meydançanın sintetik olması şəxsən mənim üçün problem deyildi. Komandamız belə qazonda çox qol imkanı əldə etdi. Bəlkə rəqib üçün 1-2 faiz üstünlük oldu.

- Bu qolla Kanalesin qayıtdığını, yenidən öz sözünü dediyini söyləmək olar?

- Niyə də yox? Bu, oyun ərzində qol vurmaq üçün yeganə şansım idi.
 
- "Neftçi" əvvəlki dövrlərdə çempionluğa oynayırdısa, indi 7-ci yerdədir. Komandanın bu mövqeyi sənə maraqsız gəlmir?

- Əlbəttə, keçmiş illərlə müqayisədə fərq böyükdür. Amma futbolçular, komanda bu vəziyyətə adaptasiya olmalıdır. Maliyyə problemi təkcə "Neftçi”də deyil, bütün ölkədə var.
 
- Meydanda olarkən gözlərin Flavinyonu, Culius Vobayı axtarırmı?

- Əlbəttə. Flavinyo ilə Vobay üçün darıxırıam. Ardıcıl 2 il onlarla bir yerdə oynamışam.

- AZAL-a vurduğun qol "Neftçi”nin milli çempionatlarda 1200-cü qolu kimi tarixə düşdü. Bu şəxsi göstərici sənin üçün nə deməkdir?

- Bu statistik fakt barədə sizdən xəbər tutdum. Mənin üçün sevindirici xəbər oldu. Şadam ki, "Neftçi”nin tarixinə düşdüm. Növbəti əlamətdar qolların müəllifi olmağa çalışacağam. Ümid edirəm ki, bu, mənə, komandama nəsib olacaq.

- Çempionatdan Avropa Liqasına vəsiqə qazanmağınız çətindir. Ancaq ora ən qısa yol, ən real şans ölkə kubokundandır. Şansları necə dəyərləndirirsən?

- Bütün şanslarımızı dəyərləndirməliyk. Bilirik ki, Premyer Liqada çempionluq üçün oynamaq çətin olacaq. İki yarımfinal oyunumuz var. "Qəbələ”ni keçsək, finalda oynamalıyıq. Kubokda qələbə qazanmalıyıq. Premyer Liqada isə durumumuz çətindir.

Mənbə: sportnet.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30