18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Nazir: “Qarabağ” xoşuma gəlir”

“Futbolçuların viza məsələlərində heç bir problemin olmayacaq”. Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu AFFA İcraiyyə Komitəsinin üzvü seçilən xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Məmmədyarov Azərbaycan futbolunun inkişafda olduğunu qeyd edib: "Bundan sonra da çalışacam ki, hər iki yerdə işləri yerinə yetirim. Son vaxtlar Azərbaycan futbolunda inkişaf gedir, o cümlədən son zamanlar "Qarabağ" və "Qəbələ" Avropa Liqasına vəsiqə qazandı. Hazırda "Zirə" də yaxşı oyun göstərir, ancaq Avropa turnirlərində iştirak emək üçün təcrübə də önəmlidir. Bu yay görəcəyik Azərbaycan klubları Çempionlar Liqasında necə iştirak edir".

E.Məmmədyarov hələ ki planlardan danışmağın tez olduğunu vurğulayıb: "İşin içində olandan sonra bu barədə danışa bilərəm".

XİN rəhbəri futbolun nüfuzunu bir az da qaldırmağı təklif edib: "Özüm də Azərbaycan futbolunun həvəskarıyam və maraqlanıram. Hər dəfə həm yığma, həm də klub oyunlarına getməyə çalışıram. Azərbaycan klublarından "Qarabağ" xoşuma gəlir, "Neftçi" vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Ümumilikdə Azərbaycan futbolunun həvəskarıyam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30