23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”nin futbolçuları penalti üçün hakimə yalvarırdılar”

“Oyundakı mübahisəli epizodlara bir daha baxmaq lazımdı. Amma hakimin qərarlarını qərəzli saymaq olar”. Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az-a “Xəzər Lənkəran”ın müdafiəçisi Nodar Məmmədov deyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”nin qonağı olan “ağ-yaşıllar” 0:2 hesabı ilə məğlub olublar. Cənublular birinci görüşdə 1 top fərqi ilə qalib gəldiklərindən, iki matçın nəticəsinə görə, mərhələ adlayan tərəf “Neftçi” olub.

Meydan sahibləri ilk qolu 60-cı dəqiqədə 11 metrlik zərbədən vurublar ki, baş hakim Rəhim Həsənov həmin epizodda məhz Nodar Məmmədovun rəqib hücumçu Ruslan Qurbanova qarşı kobud oynadığı qənaətində olub. Lakin Məmmədov həmkarının hakimi aldatdığını düşünür: “Əvvəla qapımıza təyin edilən penaltidən bir neçə saniyə əvvəl komanda yoldaşımıza qarşı kobudluq olmuşdu, rəqibin əleyhinə cərimə zərbəsi təyin edilməli idi. Vaxtında cəriməni versəydi, top bizim qapıya tərəf gəlməyəcəkdi. O ki qaldı penaltiyə, Ruslan Qurbanov özünü yerə atmağa hazır idi. Mən “podkat” edəndə, gördüm ki, bu özünü atmağa çalışır. Topu tez barmağının ucu ilə irəli atdı ki, ona toxunum. Nəticədə özü mənə toxunub penalti qazandı”.

Birinci hissədə epizodların birində top cərimə meydanı daxilində Nodar Məmmədovun qoluna dəysə də, hakim “davam” qərarı vermişdi. 28 yaşlı futbolçu hakimin həmin vəziyyəti düzgün qiymətləndirdiyini bildirib: “Orda da penaltidən söhbət gedə bilməzdi. Belə vəziyyətdə “podkat” edəndə, əlimi harda gizlədim, qucağıma necə yığım?”

Yığmamızın sabiq üzvü onu da qeyd edib ki, rəqib komandanın oyunçularının bütün istəyi onbirmetrlik zərbə qazanmaq idi: “Neftçi”nin futbolçuları birinci hissədə yalnız penalti qazanmaq barədə düşünürdülər. Qol vura bilmədikləri üçün hər dəqiqə özlərini yerə atırdılar ki, hakim penalti versin. Penalti üçün hakimə yalvarırdılar”.

Məmmədov dünənki qarşılaşmada hakimlərin ayrı-seçkilik etdiyini də sözlərinə əlavə edib: “Ruslan Qurbanov tez-tez hakimə etirazlar edir, epizodlarda topa sərt girirdi. Onun yerində bizim futbolçulardan biri olsaydı, baş hakim xəbərdarlıq etmədən sarı vərəqəni göstərərdi. Hakimlər ayrı-seçkilik edirlər. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında fərq qoyurlar. Çünki bizdə cavanlardı, “Neftçi”də isə əcnəbilər, təcrübəli oyunçular toplaşıb. Cavanların əleyhinə qərar vermək asandı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30