18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Zirə”nin ən ağır məğlubiyyəti

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Zirə” tarixinin ən ağır məğlubiyyətini alıb. Futbolxeber.az saytının məlumatına görə, 2014-cü ildə yaranan paytaxt təmsilçisi bunadək keçirdiyi 57 matçda heç vaxt 4 top fərqilə uduzmamışdı. I Divizionda çıxış etdiyi 2014/15 mövsümünün 30 oyununda 5, cari mövsüm Azərbaycan Premyer Liqasının 24 matçında 4, ölkə kubokundakı 2 ildə 3 oyunda 2 dəfə yenilən Zirənin eyni adlı təmsilçisi ən pis halda 3 top fərqinə üzülmüşdü. Bu 11 məğlubiyyətindən 6-sı bir, 4-ü iki top fərqi ilə olan klub 2015-ci il oktyabrın 17-də ilk dəfə böyükhesablı məğlubiyyət almışdı. Çempionatda “Qarabağ”a 1:4 hesabı ilə uduzan bakılılar 3 top fərqi ilə yenilmişdi. 144 gündən sonra “Zirə”nin antirekordu “Qəbələ” ilə matçda yenilənib  (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30