28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Məqsədimiz yenə də avrokubokların qrup mərhələsində oynamaqdı”

“Qəbələ”nin baş meneceri Fariz Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə”nin 5:1 hesabı ilə məğlub etməklə yarımfinala yüksəldi. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Belə asan qələbə qazanacağımızı gözləmirdim. Komanda sona kimi inamlı oyun sərgilədi. Artıq yarımfinaldayıq və növbəti matçlar barədə düşünməliyik.

- Böyükhesablı qələbənin səbəbini nədə görürsüz?

- Hesab arasındakı fərqin böyük olmasının səbəbi futbolçularımızın istəkli olmasından irəli gəlirdi. Neçə oyun idi ki, qol imkanlarından istifadə edə bilmirdik. Odur ki, komanda “Zirə” ilə oyunda yaxaladığı şansları lazımınca dəyələndirdi.

- Demək olar ki, “Zirə” ilə oyunda meydanda görmək istədiyiniz əsl “Qəbələ” var idi, yoxsa komandada hələ də çatışmazlıqlar var?

- Hər şeyin ideal olduğunu söyləmək olmaz. Təbii ki, çatışmazlıqlar da var. Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Tədricən “Qəbələ” ideal vəziyyətə yaxınlaşır.

- Qışda komandaya qoşulan Rəşad Eyubov ardıcıl ikinci oyunda fərqləndi. Eyyubovun oyunu sizi nə qane edir?

- Məncə əsas odur ki, baş məşqçimiz ondan razı qalsın.  İnanıram ki, Roman Qriqorçuk ondan istədiklərini ala bilir və gələcəkdə də alacaq.

- Son zamanlar sanki “Qəbələ”də canlanma hiss olunur...

- Bu, bizdə hər zaman, ilin bu vaxtı baş verir. Komanda mart ayında sürət yığmağa başlayır.

- “Zirə” ilə oyunda “Qəbələ”li azarkeşlər hazırda həbsdə olan komandanın sabiq kapitanı Cavid Hüseynovun ad gününü unutmamışdılar...

- Martın 9-da Cavid Hüseynovun ad günüdü. O, azarkeşlərin yaddaşında qalıb. İnanırıq ki, tezliklə onun günahsız olduğu sübuta yetiriləcək və Cavid azadlığa çıxacaq.

- Yarımfinalda “Neftçi” ilə qarşılaşacaqsınız....

- Növbəti mərhələdəki rəqibin heç bir fərqi yoxdur. Çünki qarşısına kuboku qazanmağı məqsəd qoyan komanda üçün rəqibin kimliyi önəmsizdi.

- “Qəbələ”nin avrokuboklara gedən yol kuboku qazanmaqdan keçir?

- Biz çempionluqla yanaşı, kuboku qazanmağı da hədəfləyirik. Hər iki cəbhədə mübarizəni sona kimi davam etdirəcəyik.

- Bu dəfə komandanızın avrokuboklardakı hədəfi nədən ibarət olacaq?

- Hədəfimiz eynidi. Yenə də qrup mərhələsinə düşməyə çalışacağıq. Düzdür, bu, Azərbaycan futbolunda artıq 4 dəfə baş verib. Ancaq biz bunu davamlı olmasını istəyirik. Reallıq budur ki, biz hazırda Avroliqada yarımfinala, finala qədər irəliləməyi bacarmırıq. Amma qrupa düşə bilirik. Bu, ölkəmiz üçün çox vacibdir.

- Yayda "Qəbələ" heyətini daha səviyyəli legionerlərlə gücləndirə biləcək?

- Son illər komandamızda mütəmadi olaraq ulduz futbolçular çıxış edir. Hazırda Aleksey Qay "Qəbələ"nin formasını geyir. Daha əvvəl Marat İzmayılov komandadaydı. Açıq danışmaq lazımdı. Biz bu gün 20-21 yaşlı əcnəbi gənc ulduzları Azərbaycan çempionatına gətirə bilmirik. Çünki çempionatımızın səviyyəsi yüksək deyil. Ancaq çalışırıq ki, sistemimizə, məşqçinin istəyinə uyğun olan futbolçuları tapıb, heyətə cəlb edək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31