19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz”in qapıçısı debütündən danışdı

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Rəvan” - “Kəpəz” (1:3) oyunu Gəncə klubunun qapıçısı Eyyub Əliyevin karyerasına ilk kimi düşüb. Futbolxeber.az saytının məlumatına görə, gənc qolkiper həm “Kəpəz”in heyətində birinci oyununa çıxıb, həm də elitada debüt edib. Bu münasibətilə kapazpfc.az saytı Əliyevin fikirlərini öyrənib: “Kəpəz”in heyətində ilk matçımı keçirməyim mənim üçün də sevindirici oldu. Ümumiyyətlə, ilk dəfə idi ki, Premyer Liqada oynamaq imkanı əldə edirdim. Bu vaxta kimi hazırkı klubumda və əvvəllər çıxış etdiyim komandalarda ehtiyatda otursam da, nəhayət ki, meydana çıxdım. İnşallah, bunun davamı gələr və daha çox oynayaram. Bunun üçün əlimdən gələni edirəm. Oynamaqla komandama daha çox xeyir vermək istəyirəm. Məşqçilər korpusuna da etimad üçün minnətdaram”.

Əliyev debüt oyununda qapısından qol buraxsa da, son nəticə uğurlu olub, “Kəpəz” üç xala sevinib. Bu mənada qapıçının debütü ilk qələbə və ilk buraxılan qolla yadda qalıb: “Açığı, heç kim debütdə qol buraxmaq istəməz. Sadəcə, qismət belə alındı. Qarşıdakı oyunlarda şans verilsə, qapını toxunulmaz saxlamağa çalışacağam. Qol buraxmağıma baxmayaraq, “Kəpəz”in qələbəsi ürəyimcə oldu. Qolkiper qapısından qol buraxsa da, komandanın yekunda qələbə qazanması əsasdı”.

“Kəpəz”ə mövsümün əvvəlində cəlb olunan Eyyub bir qayda olaraq yoxlama matçlarında meydana çıxıb. O, “Rəvan”a qarşı görüşdə 65-ci dəqiqədə oyuna daxil olmaqla 25 dəqiqə forma geyinib: “Kimin nə qədər oynamasının yox, komandanın qələbəsi vacibdir. Məşqlər və oyunlar zamanı qolkiperlə işləyən məşqçimiz Nadir Şükürov, eləcə də komanda yoldaşım Tadas Simaitisdən çox şey öyrənməyə səy göstərirəm. Tadas legionerdir, yaşca məndən böyükdür, təcrübəlidir. Hələ öyrəniləsi çox şey var. “Kəpəz”ə layiqli futbolçu olmaq üçün öz üzərimdə işləyirəm”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30