25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” ilə oyuna “boevoy” vəziyyətdə çıxacağıq”

 “Neftçi” ilə oyuna tam hazırıq. Meydana “boevoy” vəziyyətdə çıxacağıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

“Ağ-yaşıllar” ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində 2 gün sonra “Neftçi” ilə cavab görüşü keçirəcəklər.

İlk qarşılaşmada 3:2 hesablı qələbə qazanan lənkəranlılar indiki vəziyyətdə növbəti mərhələyə adlamağa daha yaxındılar.

Məmmədovun fikrincə, cavab görüşü daha çətin keçəcək. O, bunu “Neftçi”ni meydana yeni məşqçinin çıxaracağı ilə əlaqələndirib: “Matça çox ciddi hazırlaşırıq. Bizim üçün həyati əhəmiyyətli görüşdü. Müəyyən yorğunluq olsa da, böyük problemimiz yoxdu. Bizi çətin oyun gözlədiyini bilirik. Çünki “Neftçi” meydana yüksək motivasiya ilə çıxacaq. Məşqçi dəyişikliyi istər-istəməz müsbət təsir edir. Futbolçular özlərini yeni məşqçiyə göstərmək üçün əllərindən gələni edirlər. Amma heç bir bəhanəmiz ola bilməz. Yarımfinala çıxmağa borcluyuq”.

Cəzalı futbolçusu olmayan “Xəzər Lənkəran”da zədəli oyunçu da, demək olar ki, yoxdu. Yalnız İlyas Səfərzadənin yüngül zədəsi var. Lakin bu, gənc müdafiəçinin “Neftçi”yə qarşı oynamasına problem yaratmayacaq: “İlyas məşq zamanı ayağında ağrı hiss etdi. Həkimlər yoxladılar və məlum oldu ki, ciddi bir şey deyil”.

Qeyd edək ki, martın 9-da keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşması saat 17:30-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30