24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” antirekordunu təkrarladı

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı məğlubiyyət seriyası 3-ə çatıb. Futbolxeber.az saytının məlumatına görə, “Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbədən sonra çempionatda keçirdiyi hər 3 oyunda uduzan “ağ-qaralar” Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. XXII turda “Qarabağ”a 0:2, ardınca “Zirə”yə 0:3 hesabı ilə yenilən bakılılar bu dəfə də “Qəbələ”dən xal ala bilməyib - 1:2. Baş məşqçi Əsgər Abdullayevin istefası ilə nəticələnən 3 oyunluq məğlubiyyət seriyası 1992-ci ildən sonrakı dövrdə “Neftçi”nin üzləşdiyi 4-cü uğursuz dövrdür. Cari mövsümün VII-IX turlarında da ardıcıl 3 oyun yenilən bakılılar “Zirə” (0:2), “Qəbələ” (0:1) və AZAL-dan (1:2) xal ala bilməmişdi. “Neftçi”nin ilk belə uğursuzluğu 2009/10 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt paytaxt klubu “Simurq”, “Qarabağ” və “Qəbələ”nin hər üçünə eyni - 0:1 hesabı ilə yenilmişdi. 2011/12 mövsümünün sonunda “Bakı”dan 2, “Qəbələ”dən 1 cavabsız qol buraxan “Neftçi” məğlubiyyət seriyasını 2012/13 mövsümünün startında “Qarabağ”a 0:1 hesabı ilə uduzmaqla davam etdirib. 4 məğlubiyyət seriyası zamanı qeydə alınan top fərqlərinə nəzər salsaq, ən uğursuz zolaq indiyə təsadüf edib. 2009-cu ildə ardıcıl 3 məğlubiyyət ümumi 0:3, 2012-ci ildə 0:4, 2015-ci ildə 1:5 hesablı olmuşdusa, bu dəfə komanda uduzduğu 3 görüşdə 1 qol vurub, 7-ni buraxıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30