29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Juninyo: “Ümid edirəm ki, meydana çıxa biləcəyəm”

“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldo məşqlərə başlayıb. Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçunun müalicəsi hələ də davam edir. Junior zədəsi ilə bağlı kapazpfc.az saytına açıqlama verib: “Ötən həftə məşqdən sonra ayağımda ağrı hiss etdim. Müayinədən keçdim, diaqnoz qoyuldu və bundan sonra müalicə başlandı. Artıq hazırlıq prosesində iştirak edə bilirəm. Tibb personalı məni hazır vəziyyətə gətirmək üçün əlindən gələni edir. Zədəli olmaq futbolçu üçün arzuolunan hal deyil. Amma bəzən zədədən qaçmaq olmur”.

Juninyo məşqlərə başlasa da, onun çempionatın XXIV turunda “Rəvan” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı müəyyənləşməyib. Hər şey həkimlərin verəcəyi qərardan asılı olacaq: “Oynamağı çox istəyirəm və ümid edirəm ki, meydana çıxa biləcəyəm. Özümü 90 faiz hazır sayıram. Qarşıdakı matç “Kəpəz” üçün çox vacibdir. Ona görə meydana çıxmağı çox arzulayıram”.

Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən “Sumqayıt” ilə ötən turun oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Futbolçunun adı protokola salınsa da, ayağında ağrılar hiss etdiyindən meydana çıxa bilməmişdi: “Düşünmürəm ki, oynamamağm komandamızın çıxışına mənfi təsir edir. Məni əvəz edən oyunçular var. “Sumqayıt” ilə Gəncədəki görüşdə çıxış etməsəm də, komanda yoldaşlarım yaxşı oynadılar. Sadəcə, qol vura bilmədilər. Rəqibdən üstün mübarizə aparmağımıza baxmayaraq, ələ düşən fürsətləri dəyərləndirmək mümkün olmadı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31