20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ansi Aqolli: “Demək olmaz ki, çempionluğun taleyini həll etdik”

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 24-cü turunda “Zirə” üzərində 2:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Oyun asan keçmədi. “Zirə” çox yaxşı mövsüm keçirir. KOmandanın gücü də, qazandığı nəticələr də məlumdu. Çətin qarşılaşma alındı. Amma vacib qələbə qazandıq və yolumuzaa davam edir edirik.

- “Zirə”nin cari mövsümdəki çıxışını sürpriz hesab etmək olar?

- Təbii ki, sürprizdi. Onlar ilk dəfədir ki, Premyer Liqada çıxış edirlər. Amma yaxşı heyətləri var. Mövsümün əvvəlində “Zirə”nin uğurlu çıxışı sürpriz olsa da, hazırda bu faktdı. Daha təəccüblü deyil.

- Mövsümün əvvəlində düşünərdin ki, çempionluq uğrunda məhz “Zirə” ilə mübarizə apacaqsınız?

- Bunu heç kim düşünmürdü. Amma fakt budur ki, hazırda “Zirə” inamlı çıxış edir. Güclü rəqibdilər və çempionluq uğrunda yarışırlar.

- Demək olar ki, bugünkü qələbə “Qarabağ”I çempionluğa bir qədər də yaxınlaşdırdı?

- Bu gün 3 xal qazanmaq bizim üçün vacib idi. Əsas rəqiblərimizdən birinə qalib gəldik. Amma demək olmaz ki, çempionluğun taleyini həll etdik. Qarşıda hələ qazanılmalı çox xallar var.

- Mövsümün sonunda “Qarabağ”la müqavilən başa çatacaq. Sözləşməni uzatmaq fikrin var?

- Hazırda müqavilə haqda düşünmürəm. Bütün fikrimi indi komandamın oyununa, öz çıxışıma yönəltmişəm. Çalışıram ki, hər zaman komandamın uğuru üçün əlimdən gələni edim. Yeni müqavilə haqda danışmaq üçün hələ vaxtımız olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30