25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Rəşad Sadiqov: “Mütləq “Neftçi”ni məğlub etməliyik”

“Çətin oyun alındı. Səfərdə 2 qol vurmaq bizim üçün üstünlükdü. Lakin indidən yarımfinala vəsiqə qazandığımızı söyləmək olmaz. Qarşıda cavab oyunu var”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin aparıcı üzvü Rəşad Sadiqov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ” səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. “Qırmızı-qaralar” rəqib qapısına hər iki qolu standart vəziyyətdən vursalar da, təcrübəli yarımmüdafiəçi buna görə xüsusi hazırlıq görmədiklərini bildirib: “Xüsusi hazırlıq görülməmişdi. Standart vəziyyətlər zamanı bizim ucaboy futbolçularımız hər zaman rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışırlar. Baş məşqçi də daim belə epizodlardan maksimum istifadə etməyimizi tapşırır”.

Sadiqov sabah Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Neftçi” doğma meydanda oynayacaq. Komanda gənclərdən qurulsa da, meydanda çox qaçırlar. Bizim üçün xal itkisi yolverilməzdi. “Qarabağ” və “Zirə” bizdən çox uzaqlaşıb. Onlara bu fərqi daha da artırmağa şərait yaratmamalıyıq. Ona görə də mütləq “Neftçi”ni məğlub etməliyik”.

“Qəbələ”nin yarımmüdafiəçisi qeyd edib ki, komandası hər iki cəbhədə sona kimi mübarizə aparacaq: “Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik. Hansını qazana bilsək, bizim üçün sevindirici olacaq. Hər ikisini qazansaq, lap əla olar (gülür). Gücümüz buna imkan verir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30