19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Prosineçki: “Azərbaycanın dünya çempionatına qatılacağına inanmaq çətindi”

“Məqsədimiz dünya çempionatının seçmə mərhələsini yaxşı keçirməkdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına geniş müsahibə verən 47 yaşlı çalışdırıcı müxtəlif məqamlara toxunub.

Millimizin DÇ-2018-nin final mərhələsinə qatılmaq şanslarını dəyərləndirən Prosineçki zarafatından qalmayıb: “Dünya çempionatına getməklə bağlı proqnozu ilk 2 oyundan sonra vermək olar. Təbii ki, San-Marino və Norveçlə matçlardan sonra Almaniya, Çexiya və Şimali İrlandiyanın da yer aldığı qrupda zirvədə olacağıq. Zarafat bir yana, Azərbaycanın dünya çempionatına qatılacağına inanmaq çətindi. Bizim qarşımıza qoyulan məqsəd seçmə mərhələdə özümüzü yaxşı tərəfdən göstərməkdi”.

Niko Kovaçın ötən il istefaya göndərilməsindən sonra adının Xorvatiya yığması ilə birgə çəkilməsinə toxunan Prosineçki millimizlə 2 illik müqaviləsinin qaldığını yada salıb. O, xorvatların hazırkı çalışdırıcısı Ante Çaçiçə Avropa çempionatında uğur arzulayıb: “Çaçiç də bilir ki, Avropa çempionatında ilk oyundan çox şey asılıdı. Türkiyə üzərində qazanılacaq qələbə bizi növbəti mərhələyə yaxınlaşdıra bilər. Türklər fanatizmlə oynayırlar. Ən yaxşı qrup üçüncüsü kimi turnirə vəsiqə qazanmaları onlarda özünəinam yaradıb, üstəlik, təcrübəli baş məşqçiləri var. Biz türklərə İngiltərədəki Avropa çempionatında qalib gəlmişik, İstanbulda da onları pis günə qoymuşuq. Ancaq Avro-2008-dən onlardan aldığımız yara var. Qalib gəlməli olduğumuz həmin oyunda uduzmuşduq. Bir də unutmayaq ki, Rakitiç kimi, türklərin futbolçusu Arda Turan da “Barselona”da çıxış edir”.

DÇ-2018-nin seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Çexiya Avropa çempionatında xorvatların rəqiblərindən olacaq. Buna da toxunan Prosineçki çexlərin güclü komanda olduğunu bildirib: “Çexlərin Serbiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyuna baxmışdım. Düzdü, serblərin komandadaxili problemləri var idi. Ancaq 4:1 hesabı çox şeydən xəbər verir. Çexlər komanda şəklində güclü, sürətli və möhkəmdilər. Onlarla oyun bizim üçün həlledici ola bilər”.

Prosineçki bir vaxtlar çıxış etdiyi Madrid “Real”ının hazırkı durumuna və Kriştianu Ronaldonun komanda yoldaşlarını tənqid etməsinə də münasibət bildirib: “Ronaldo “Real”la yaşayır. Düz deyir, daha yaxşı komanda qurulmalıdı. Çünki “Real” hazırda “Barselona”, “Bavariya” və “Yuventus”la rəqabət aparacaq gücdə deyil. İspaniya Kubokunu tərk ediblər, La Liqada çempionluq mübarizəsində “Barselona”ya uduzdular. Yalnız Çempionlar Liqasında mübarizəni davam etdirirlər. “Real”ın xorvat futbolçusu Mateo Kovaçiçə gəlincə, gənc oyunçudu. Qarşısında yüksək səviyyədə çıxış etmək üçün hələ 10 il var”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31