19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Böyük oyun”un qəhrəmanı Rahid Əmirquliyevin rekordunu arxada qoydu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda rəqib qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb. Futbolxeber.az-ın klubun rəsmi  saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qola imza atan futbolçu komandanın tarixində buna nail olan ən gənc futbolçu olub. Belə ki, sayca 41-ci “Böyük oyun”un taleyini həll edən İbrahim 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək Qədirzadə bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.

Bunadək rekord komandanln sabiq kapitanı Rahid Əmirquliyevə məxsus idi. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə də kubokda, 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matça təsadüf etmişdi. Bu rekord təxminən 10 il duruş gətirsə də, gənc oyunçu bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Azərbaycan Premyer Liqasının VIII turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.

Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Rahidə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.

Ümumilikdə isə İbrahim “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley - 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşamışdı. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqov isə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30