19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aleksey Qay: “Penalti olduğu kosmosdan da görünürdü”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub etdi. Qələbəni necə şərh edərdin?

- Çətin oyun alındı. Axır ki, istədiyimiz kimi çıxış etdik. Matçın gedişində “Zirə” qol vursa da, qələbə qazandıq. Qələbəyə daha çox layiq olan tərəf biz idik.

- Nəhayət “Zirə”ni məğlub edə bildiz...

- Statistika bir o qədər də əhəmiyyət daşımır. Tarixdə olan heç kimi maraqlandırmır. Bu günlə yaşamaq lazımdı. Biz də gələcəyə optimist yanaşırıq.

- Birinci hissədə rəqibin cərimə meydançası daxilində yerdə qaldığın epizodda penalti var idi?

- Həmin epizodda yüzdə yüz penalti var idi. Nəinki epizodun təkrarından, hətta kosmosdan da penalti olduğu görünürdü. Amma hakimlik bu günün problemi deyil. Bir neçə oyundur ki, hakimlər bizə qarşıdılar. Lakin bununla mübarizə aparacağıq. Hər oyunda qələbə qazanmağa çalışırıq. Yalnız qələbə qazanmaqla hakimlərə qarşı mübarizə apara bilərik.

- Azərbaycan kubokunda vurduğun ilk qolun sənin üçün xüsusi əhəmiyyəti var?

- Daha əvvəl Azərbaycan çempionatında fərqlənsəm də, kubokda ilk qolum idi. Amma mənim üçün əsas olan komandamın qələbəsidi. Vurduğum qol isə ikinci plandadı.

- Səfərdə qazanılan 2:1 hesablı qələbədən sonra “Qəbələ”nin yarımfinala daha yaxın olduğunu söyləmək mümkündü?

- Tam üstün olduğumuzu deməzdim. Çünki qarşıda cavab oyunu var. Rahatlaşmaq olmaz. Hazırda qələbədən zövq almaq, sevinmək lazımdı.

- Həftəsonu “Qəbələ”nin Premyer Liqa çərçivəsində səfərdə “Neftçi” ilə oyun gözləyir. Həmin səfərdən də qələbəylə qayıtmaq mümkün olacaq?

- “Neftçi” yaxşı rəqibdi. Maraqlı oyun olacaq. Qalib gəlməyə çalışacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30