19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ruslan Abışov: “O məni təhqir etmədi, dedim ki, sakit olsun”

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib.

- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Birinci oyunu səfərdə keçirirdik. Ona görə də sərfəli nəticə qazanmağa çalışırdıq. “Zirə” hazırda çemponatda ikinci yerdə gedir. Üstəlik, 2016-cı ilə çox yaxşı başlayıblar. Ardıcıl qələbə qazanırlar. Biz isə “Xəzər Lənkəran”la oyunda problemlə üzləşdik, qələbə qazana bilmədik. Lakin bugünkü oyunda çox yaxşı çıxış etdik. Vacib qələbə qazandıq. Qarşıda cavab oyunu var. Həmin görüşdən sonra yüzdə yüz mərhələ adladığımızı söyləmək olar.

- Amma səfərdə qazanılan 2:1 hesablı qələbə cavab oyunu öncəsi “Qəbələ”yə böyük üstünlük verir.

- Sözsüz. Amma qarşıda daha bir 90 dəqiqə var. Həmin görüşdə hər şey dəyişə bilər. Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Sabahdan diqqətimizi çempionata yönəldəcəyik. Yalnız həmin görüşdən sonra “Zirə”ylə cavab matçının hazırlığına başlayacağıq.

- Bu, zədədən sonra ilk oyunun idi. Təbii deyil, süni örtüklü meydançada mübarizə aparmaq əlavə çətinlik yaratdı?

- Bəli, çətinlik oldu. Ancaq məşqlərdə tam gücümlə çalışıram. Düşünürəm ki, bunun da bəhrəsini görəcəm. Gələn oyunlarda daha yaxşı edəcəyimə inanıram.

- Matçın gedişində əvəzlənməyin nə ilə bağlı idi?

- Oyun ərzində çox yorulmuşdum. Əslində, daha tez əvəzlənməliydim. Çünki zədədən sonra müəyyən çətinliklər var. 2 aydan sonra ilk dəfə idi ki, meydana çıxırdım. 2-3 oyundan sonra tam formaya düşəcəm.

- Meydanı tərk edərkən azarkeşlə aranda qısa dialoq yaşandı. “Zirə”nin fanatı sənə qarşı qeyri-etik ifadə işlətdi?

- Yox, o məni təhqir etmədi. Sadəcə meydandan tez çıxmağımı istəyirdi. Mən də ona dedim ki, sakit olsun.

- Hazırkı məqamda “Qəbələ”nin avrokuboklara çempionatda yollanması daha realdı, yoxsa kubokdan?

- Ən azından mövsümü titulla başa vurmaq istəyirik. Çempionluq çətindi. Çünki liderlə aramızda böyük xal fərqi var. Amma sona qədər mübarizə aparacağıq. Qızıl medallara sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Həm çempionatda, həm də kubokda iddialıyıq.

- “Qəbələ” yarımfinala adlasa, növbəti mərhələdə “Xəzər Lənkəran” - “Neftçi” cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda lənkəranlılar 3:2 hesablı qələbə qazanıb. Yarımfinalda bu 2 komandadan hansı ilə qarşılaşmaq istərdin?

- “Xəzər Lənkəran”ın bugünkü qələbəsi bizim üçün də gözlənilməz oldu. Növbəti mərhələdəki rəqibin kimliyi fərq etmir. Əsas odur ki, “Zirə”ni mübarizədən kənarlaşdıraq. Məqsədimiz kuboku qazanmaqdı.

- Səncə “Xəzər Lənkəran” ilk oyunda qazandığı üstünlüyü qoruya biləcək?

- Bunu zaman göstərəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31