19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Qurban Qurbanov: “Get-gedə oyunlar daha da çətinləşir”

“Kubok oyunları fərqlidi. Çətin komandaya qarşı oynadıq. Rəqibin futbolçuları bir-birini tamamlayır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt”la qarşılaşan ağdamlıların çalışdırıcısı matçdan sonra fikirlərini açıqlayıb: “Bu rəqibə qarşı oyunumuz həmişə çətin alınır. Hər iki komanda yaxşı oyun sərgilədi. Samir Abasova və komandasına uğurlar arzulayıram. Bizi qarşıda iki ağır Sumqayıt səfəri gözləyir. Maksimum əlimizə düşən imkandan istifadə edərək, mərhələ adlamağa çalışacağıq”.

- Komanda ikinci hissədə daha yaxşı təsir bağışladı...
- Dəyişən heç nə yox idi. İlk hissədə də qol epizodlarımız oldu. Sadəcə, rəqib intizamlı müdafiə olundu. Ancaq biz də müdafiə xəttində yaxşı oyun sərgilədik. Get-gedə oyunlar daha da çətinləşir. Artıq komandalar bir-birini daha yaxşı tanıyır.

- Samir Abasov oyundan sonra onların lehinə penalti verilməməsiylə bağlı hakimlərə etiraz etdi. Onun dediyinə görə, top Qara Qarayevin əlinə dəymişdi...
- Bu epizodu yaxşı görmədim. Videotəkrara baxmaq lazımdı.

- Rahidin vəziyyəti necədi?
- Rahidin köhnə zədəsi özünü göstərdi. Konkret vəziyyətinin necə olduğunu hələ bilmirik.

- Bu gün bir neçə oyunçuya istirahət vermişdiz. Bunu "Zirə"ylə oyuna görə etmişdiz?
- Futbolçulara istirahət verməyimə səbəb 3 gün öncə "İnter"lə ağır oyun keçirməyimiz idi. Bu gün ancaq "Sumqayıt"la oyunu düşünürdük.

Mənbə: komanda.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31