19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"İnter" təlim-məşq toplanışını davam etdirir

"İnter" Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, toplanışın 3-cü günün ilk məşqinə saat 11.00-da start verilib. Yağış altında keçən məşq isinmə hərəkətlərdən və  müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17.00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular, daha sonra şərti olaraq iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.

Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.

Bu arada klubun prezidenti Georgi Nikolov dünən səhər saatlarında Türkiyəyə  gələrək, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib. Klub rəhbəri futbolçu, məşqçi və texniki heyətlə görüşüb, onların qayğılarıyla maraqlanıb və komandanın hər bir üzvünə toplanışda uğurlar arzulayıb. Daha sonra Georgi Nikolov "İnter"in axşam məşqini izləyib.

Əlavə edək ki, "İnter"in ilk təlim-məşq toplanışı iyunun 11-də başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30