19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Dodo “Qarabağ”a “meydan oxudu”: “Hamı qızıl medala köklənib”

“Qarabağ” çempionluq uğrunda mübarizədə yaxşı üstünlük əldə edib. Ancaq çempionat hələ bitməyib”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Luis Hilario Dodo deyib.

Zədəsini sağaldaraq, sıraya dönən braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

Azərbaycan Premyer Liqasında çempionluq şanslarını dəyərləndirən Dodo mübarizəni sona qədər davam etdirəcəklərini bildirib: “Qarşıda bir neçə tur var. Odu ki, turnir cədvəlinin ilk pilləsini ələ keçirə bilərik. Hər şey özümüzdən asılıdı. Məşqlərdə əzmlə çalışmaq lazımdı. Bu, mövsümün sonuna qədər çempionluq mübarizəsini davam etdirmək mənasında, çox vacibdi. Qısası, hər şey mümkündü. Öz üzərimizdə işləməyə davam edəcəyik”.

29 yaşlı futbolçu “Qəbələ”də yaxşı kollektivin olduğunu bildirib. O əlavə edib ki, hazırkı heyətlə Azərbaycan çempionu olmaq mümkündü: “Kollektivdən razıyam, hazırda pis təsir bağışlamırıq. Ancaq mövsümü qızıl medalla başa vurmaq istərdik. Hamı buna köklənib. Azərbaycan çempionatının qalibi olaraq, mövsümü major notlarla bitirmək arzusundayıq”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31