24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”: 20-ci səfər

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, 1/8 finalda “Mil-Muğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 6-cı, tarixində 8-ci dəfə ən yaxşı səkkiz komanda arasında mübarizə aparacaq. Yalnız 3 dəfə yarışı daha tez başa vuran “qırmızı-qaralar” 4-cü dəfə yarımfinala adlamağa cəhd edəcək. Roman Qriqorçukun yetirmələri bunun üçün “Zirə” səddini keçməlidir. İlk matça səfərdə çıxacaq komanda tarixində 3-cü dəfə bu rəqiblə qarşılaşacaq. Azərbaycan Premyer Liqasının cari mövsümünə təsadüf edən ilk 2 oyunda cəmi 1 qol vurulub. Qəbələdə qolsuz heç-heçə qeydə alınıbsa, Zirədə meydan sahibləri yeganə qolla qalib gəlib. Komandalar arasında ölkə kubokunda ilk matç “Qəbələ” üçün bir neçə yubileylə əlamətdar olacaq. Turnirdə 44-cü görüşünə çıxacaq “qırmızı-qaralar” 20-ci səfər oyununda qüvvəsini sınayacaq. İndiyədək ölkə kubokunda rəqib meydanlarında 19 matç keçirən komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 6 dəfə uduzub. 22 qol vuran “Qəbələ” 21 top buraxıb. Futbolçular son 6 səfərdən məğlubiyyətsiz qayıdıb. Ümumilikdə isə 43 kubok qarşılaşmasında 20 qələbə, 14 heç-heçə və 9 məğlubiyyət qeydə alınan “qırmızı-qaralar” 65 qol vurub, 35-ni buraxıb. Zirədəki görüş klub tarixinin 190-cı səfər matçıdır ki, bu qarşılaşmada 70-ci qələbə əldə oluna bilər. Kubok matçı bəzi oyunçular üçün yubiley xarakteri daşıyır ki, onlar bunun üçün meydana çıxmalıdır. Zirədəki qarşılaşmada iştirak etsə, Rafael Santos “Qəbələ”də 75-ci, Dodo kubokda 15-ci matçını keçirəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30