25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ukrayna millisinin baş məşqçisi: “Təbriz Həsənova dəstək olmaq lazımdı”

“BU GÜN AZƏRBAYCAN UKRAYNADAN 50 İL İRƏLİDƏDİ”

Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Petrakov Futbolxeber.az saytına müsahibə verib.

- Yoxlama oyununda Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazandız. Görüşlə bağlı nə deyə bilərsiz?

- Yaxşı oyun alındı. Azərbaycan millisini yaxşı tanıyıram. Ötən il Kiyevdə 2 dəfə üz-üzə gəlmişdik. Hər iki oyun heç-heçə başa çatmışdı - 0:0 və 1:1. Təbriz Həsənovu da çoxdan tanıyıram. 6 ildir ki, onunla tanışıq. Bu gün də Azərbaycan millisinin oyununu bəyəndim. Çox yaxşı komandanız var. Yığmanızın şəraiti əladı. Stadiona söz ola bilməz. Baza, komandanın şəraiti yüksək səviyyədədi. Burada olduğumuz üçün çox şadıq. AFFA rəhbərliyinə minnətdaram ki, Azərbaycana səfər edə bildik. Bizə yaradılan şəraitdən tam razıyıq.

- Qeyd etdiniz ki, ötən il Azərbaycan yığması ilə 2 dəfə qarşılaşmısız. Geridə qalan müddətdə yığmamızda hansı dəyişiklikləri gördüz?

- Komanda həmin tərzdə oynayır. Gənclər futbolunda əvvəldən nəsə demək çətindi. Bu gün yığmanız pis oynamadı. Biz daha çox müdafiədən oynayırdıq. Əks hücumlarda rəqibi yaxalayıb, 2 qol vurduq. Hər iki komandanın məşqçiləri üçün səhvləri görmək baxımından imkan yarandı. Ukraynada aşağı yaş qrupları üzrə ölkə çempionatı hələ başlamayıb. Birincilik apreldə start götürəcək. Komandamız tam hazır deyil. Bundan əvvəl “Neftçi” ilə oynamışdıq. Futbolçularımız top saxlamaqda çətinlik çəkirdi.

- Deməli, komandanızın oyunundan razı qalmadız?

- Oyun ərzində müəyyən səhvlər etdik. Onu da deyim ki, birinci dəfədir ki, Təbriz Həsənova qalib gəlirəm (gülür). Daha əvvəl 4 dəfə üz-üzə gəlmişik. Bayaq dediyim kimi, ötən il 2 dəfə Kiyevdə heç-heçə oynadıq. Qazaxıstanda baş tutan “Prezident Kuboku”nda penaltilərdə uduzduq. Xorvatiyada da heç-heçə etdik. Azərbaycan millisi 2 aydan sonra Avropa çempionatında çıxış edəcək. Təbriz Həsənova dəstək olmaq lazımdı.

- Azərbaycan millisinin heyətində hansı oyunçunu bəyəndiz?

- Konkret kimisə fərqləndirmək istəməzdim. Bilirəm ki, Azərbaycan milisinin bəzi əsas heyət üzvləri bu gün meydanda deyildilər.

- Martın 3-də yenidən Azərbaycan yığmasi ilə qarşılaşacaqsınız. 2 gündən bir oyun keçirmək çətin olmayacaq ki?

- Başqa variantımız da yoxdu. Biz martın sonlarında Elit raundda oynayacağıq. Martın 24-ü, 26-sı və 29-da meydana çıxacağıq.

- 2 gün əvvəl “Neftçi” üzərində 5:1 hesablı qələbə qazanmışdız...

- Həmin oyun bizim üçün faydalı oldu. Elit Raundda bizi gərgin mübarizə gözləyir. Ona görə də indiki məqamda hər görüş bizim üçün vacibdi.

- Bu, Azərbaycana ilk səfərinizdi?

- Xeyr. Daha öncə 25 il əvvəl də Bakıda olmuşdum. Bu gün Azərbaycanda gördüklərimi alqışlayıram. Burda gördüklərim məni heyran etdi. Azərbaycan prezidenti ölkəsi üçün böyük işlər görüb. 25 il əvvəl vəziyyət tam fərqli idi. Amma bu gün Azərbaycan Ukraynadan 50 il irəlidədi. Bakıda əla stadion, möhtəşəm otellər, çox gözəl yollar var. Bütün bunları gördükdə ağlımı itirdim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30