24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aqil Məmmədov: “Bu qədər asanlıqla qırmızı vərəqə vermək olmaz”

“Neftçi”nin qapıçısı Aqil Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın XXIII turunda “Zirə”yə 0:3 hesabı ilə məğlub oldunuz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyuna yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra oyun təmiz “sındı”. Ona qədər üstünlük bizdə idi. Heç nədən azlıqda qaldıq. Yekunda da böyükhesabla uduzduq.

- Hakimin qırmızı vərəqə qərarı ilə razı deyilsən?

- Bu qədər asanlıqla qırmızı vərəqə vermək olmaz. Fariz Yusifova böyük hörmətimiz var. Amma belə oyunda elə asanlıqla qırmızı vərəqə verməzlər.

- Necə düşünürsən, “Zirə”nin vurduğu ikinci qolda sənin səhvin var idi, yoxsa müdafiəçilərin?

- Qapıdan qol keçibsə, hamımız günahkarıq. Zərbə gözlədiyim deyi, əks tərəfə getdi. Ona görə də çaşqınlıq yarandı.

- “Zirə”yə belə hesabla uduzacağınızı gözləyirdiz?

- Bura qələbə üçün gəlmişdik. Təbii ki, belə məğlubiyyət gözlənilməz oldu. Bunu da qırmızı vərəqə ilə əlaqələndirərdim. Azlıqda qaldıqdan sonra oyunumuz “sındı”. Mənasız yerə azlıqda qaldıq.  

- “Zirə”yə qarşı keçirdiyiniz 3 oyunda cəmi 1 xal qazanmısız. Bunun səbəbi nədir?

- “Zirə” yaxşı komandadı. Hazırda Premyer Liqada 2-3 yaxşı futbol oynayan komandalardan biridirlər. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

- Belə məğlubiyyətdən sonra toparlanmaq üçün ilk növbədə nə lazımdı?

- Əvvəlcə bu məğlubiyyəti unutmalıyıq. Sonra yaxşı hazırlıq keçib, diqqətimizi qarşıdakı görüşlərə yönəltməliyik. Növbəti oyunda “Xəzər Lənkəran”la qarşılaşacağıq. Kubok oyunundan sonra isə çempionatda “Qəbələ” ilə üz-üzə gələcəyik. Hazırda bu oyunları düşünmək lazımdı.

- Hazırda “Neftçi” liderlər qrupundan aralı düşüb. Fərqin çoxalması sizi narahat etmir?

- Qarşıda hələ 13 tur var. Dəyişib, yaxşı oynamaq lazımdı. Psixoloji gərginlikdən çıxmaq lazımdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30