19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

PFL "Xəzər Lənkəran"ın müraciətinə mənfi cavab verib

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək ilk oyunun vaxtını dəyişdirməyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a qurumun texniki departamentinin rəhbəri Zamiq Hüseynov açıqlama verib.

Lənkəran klubunun oyun saatının dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirən Z.Hüseynovun sözlərinə görə, qarşılaşma əvvəlcədən də təyin olunduğu kimi, saat 14:00-da başlayacaq: "Oyunun başlanma saatı hər iki tərəflə razılaşdırılıb. Digər tərəfdən, "Xəzər Lənkəran" müraciətində heç bir səbəb göstərməyib. Üstəlik, "Neftçi"yə də bu barədə heç bir müraciət edilməyib. Bunları nəzərə alaraq, deyə bilərik ki, oyunun başlama saatı dəyişdirilməyəcək".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında müraciətin səbəbini açıqlayıb: "Oyun 14:00-a təyin olunub. Ancaq azarkeşlər bizə vaxtın bir neçə saat irəli çəkilməsi üçün müraciət edirlər. Həm də baş məşqçinin istəyi də belədir. Bu səbəbdən biz də PFL-ə müraciət etmişik".

"Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov isə bildirib ki, onlara nə "Xəzər Lənkəran", nə də PFL-dən rəsmi müraciəti ünvanlanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30