20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Biz Azərbaycanla eyni gücdə mübarizə apara bilməyəcəyik"

İyunun 7-də Bakıda milli komandamızla qarşılaşacaq Lüksemburq yığmasının baş məşqçisi Lük Holts ölkəsinin mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Hazırlıqlar necə gedib?

- Hazırlıqlarda iştirak edən oyunçular matça köklənib və rəqibinə hörmətlə yanaşır. Sadəcə, məni razı salmayan amil var ki, bu da yoxlama oyunu keçirməməyimiz və Azərbaycanın oyununu izləməməyimizdir. Rəqib Qətərlə yoldaşlıq matçında 1:1 bərabərliyə qaldı. Həmin qarşılaşmaya baxmaq üçün artıq biletimiz sifariş olunmuşdu. Ancaq AFFA-dan bizə bildirildi ki, bu oyun örtülü qapılar arxasında keçiriləcək. Sonra biz bununla əlaqədar FİFA-ya müraciət ünvanladıq. Ordan isə bizə deyildi ki, bu tamamilə qanunauyğundur. Əgər bizim hazırlığımızı onlarınkı ilə müqayisə etsək, deyə bilərəm ki, biz eyni gücdə mübarizə apara bilməyəcəyik.

- Siz Matias Yeniş, Tom Şnell və Qay Blez kimi 3 müdafiəçinizin xidmətindən yararlana bilməyəcəksiniz. Onlarsız hazırlaşmaq sizi narahat etmir ki?

- Ümid edirəm ki, mənim çağırdığım siyahıdakı oyunçular etimadımı doğruldacaq. Əminəm ki, onların hamısı ən gözəl oyununu göstərəcək. Massimo Martino və Tom Latertsa son bir neçə gündə sol cinah müdafiəçisi kimi sınanılıb və bu mövqedə özlərini yaxşı göstəriblər. Müdafiənin mərkəzi üçün isə məndə 4 namizəd var. Hamının start heyətdə meydana çıxmaq şansı var.

- Çağırdığınız oyunçulardan biri milliləşdirilmiş Maksim Şanodur. Onun haqqında ilkin təəssüratlarınız necədir?

- O, özünü yaxşı tərəfdən göstərə bilər. İstəyirdim ki, yoldaşlıq oyunu təşkil edək. Özünüz bilirsiniz ki, Maksim aprelin sonlarından bəri rəsmi oyunlarda olmayıb. O dünən səhər mənə etiraf etdi ki, bir qədər zəifləyib. Orelyen Yoaximə gəlincə, onun bir dişi ağrıyır. Bununla belə, əminəm ki, onların hər ikisi cümə günü formada olacaq.

- İyunda adətən komandanı vacib oyuna hazırlamaq çətin olur...

- Biz bir neçə aydansa iyunda yaxşıyıq. Sadəcə, bizim üçün bir dəfə pis olub. Ötən ilin iyununda bizim İtaliya yığması ilə yoldaşlıq oyunumuz vardı. Ancaq həmin vaxt zəlzələ baş verdi. Bundan sonra komandamız mənəvi cəhətdən sındı. Ona görə də Malta yığması ilə oyuna lazımi qədər köklənə bilmədik. Ancaq bu dəfə hər şey fərqlidir. Hazırda komandamı tanıyıram. Əgər Azərbaycana qarşı hədəflərimizin ciddiliyini komandama başa sala bilsəm, onda hər şey qaydasında olacaq.

- Qarşıya qoyulmuş hədəflər nədir ki?

- Mən bunun hamısını mətbuata açıqlamaq istəmirəm. Oyunçular bilir ki, biz nə istəyirik, onlar nə etməlidir.

- Azərbaycan Lüksemburqun məğlub edə biləcəyi rəqiblərdən biridir. Stefano Bensi oyuna bərpa olua bilib?

- Stefano ötən mövsümün əvvəlində cəmi 2 dəfə oynayıb. O, sağ və ya sol yarımmüdafiənin ikisində də oynaya bilər, bu onun üstünlüyüdür. Şübhəsiz ki, Lüksemburqda o ən yaxşı hücumçu sayılır. Bununla belə, yığmada bu mövqedə çoxlu səviyyəli futbolçularımız var. Devil və Yoaxim xaricdə çıxış edir. David Turpel komandasında əsas heyət üzvü olub. Biz 2 hücumçu ilə oynaya bilərik, sadəcə olaraq keyfiyyətli oynamaq lazımdır.

- Lüksemburqla ilk oyundan fərqli, azərbaycanlılar evdə doğma kütlə önündə çıxış edəcək...

- Mən bizimlə matçdan sonra onların oyununu bir dəfə də olsun izləməmişəm. Azərbaycanlılar özlərinin bütün gücünü ortaya qoyacaq. Çünki evdə oynadıqlarından özlərinə əmin şəkildə mübarizə aparacaqlar. Mən əvvəllər onların ev oyunlarına baxmışam. Xüsusən də İsraillə görüşdə onlar qalib gəlməli idilər. Evdə onlar rəqiblərinə təzyiq edə bilir.

- Hazırda Bakıda 27 dərəcə isti var. Bu sizi qorxutmur ki?

- Həmişə hava isti olanda sevinmişəm. Çünki belə olanda şortda gəzə bilirəm (gülür). Ümid edirəm ki, bu hal oyunçular üçün problem yaratmayacaq. İqlimə uyğunlaşmaq üçün məhz biz ora bir gün əvvəldən gəlmişik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30