26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Berti Foqts: "Futbolçular özlərini oyunda göstərməlidirlər"

“Hazırlıq artıq sona çatdı. Bu gün son məşqimiz olacaq. Məşq prosesindən çox razı qaldım". Futbolxeber.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman mütəxəssis qeyd edib ki, futbolçular özlərini oyunda göstərməlidirlər: "Çətin məşqlərə baxmayaraq, futbolçular böyük həvəslə çalışıblar. Lakin həmişə demişəm ki, məşqlə oyun fərqlidir. Futbolçular özlərini oyunda göstərməlidirlər. Lüksemburq millisinin hansı nəticələr əldə etdiyini, Portuqaliya yığmasına necə çətin anlar yaşatdığını, digər oyunlarda yaxşı təsir bağışladığını bilirik. Sabah kim daha az səhv etsə, o da qalib gələcək. Lüksemburq yığmasının gənc baş məşqçisi var. Portuqaliya millisinə uduzduqları oyunda heç-heçə etməli idilər. İsrail yığmasına qarşı pis oynayıblar. Hər şeyi təhlil etmişik. Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik. Lüksemburq yığmasında hücumçuları fərlqəndirərdim. Yeri gəlmişkən, Azərbaycan xalqını Novruz bayramı münasitəilə təbrik edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30